“Paşinyan Konstitusiyanı dəyişsə, sülh sazişi dərhal imzalana bilər” - Natiq Miri

“Paşinyan Konstitusiyanı dəyişsə, sülh sazişi dərhal imzalana bilər” - Natiq Miri
14:22

“Paşinyan Konstitusiyanı dəyişsə, sülh sazişi dərhal imzalana bilər”.

Politoloq Natiq Mirinin News365.az-a dediyi sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsində əsas şərt Konstitusiyada dəyişiklik edilməsidir.

Natiq Miri bildirib: “Bunun şərti bəllidir. Əgər Ermənistan Konstitusiyasının preambulasında yer alan işğalçılıq və düşmənçilik fikirləri aradan qaldırılarsa, bu, sülh sazişinin imzalanmasına real zəmin yaradar. Nikol Paşinyan parlamentdəki çoxluğa arxalanaraq bunu asanlıqla edə bilər.”

Ekspert qeyd edib ki, yaxın günlərdə Cenevrədə Azərbaycan Milli Məclisinin sədri ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan arasında keçirilən görüş də bu istiqamətdə mühüm addım kimi dəyərləndirilə bilər.

“Əgər Ermənistan 2026-cı ildə keçiriləcək parlament seçkilərindən öncə referendum vasitəsilə Konstitusiyasında dəyişiklik edərsə və qanunvericiliyindəki bu kimi məqamları aradan qaldırarsa, Azərbaycan tərəfi — Prezident İlham Əliyevin də bəyan etdiyi kimi — dərhal sülh sazişini imzalamağa hazırdır. Bu, həm bölgədə yeni mərhələnin başlanğıcı olar, həm də Paşinyanın növbəti seçkilərdə qələbəsini təmin edə bilər,” – politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada