"Quru sərhədlərinin açılması üçün təhlükəsizlik təmin olunmalıdır".
Milli Məclisin deputatı Aydın Mirzəzadə News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan bütün mümkün imkanları və nəticələri nəzərə alaraq quru sərhədlərini hələ də bağlı saxlayır.
Deputat vurğulayıb ki, sərhədlərin açılması yalnız cəmiyyət üçün problem yarada biləcək hallar aradan qalxdıqdan sonra mümkün olacaq. "Bu məsələlər dövlətin nəzarətindədir və dövlət üçün əsas olan cəmiyyətin təhlükəsizliyidir. Bütün addımlar təhlükəsizlik təmin olunmaqla atılır və dövlət buna hazırdır", – deyə A. Mirzəzadə qeyd edib.