Türkiyədə kartof yüklü maşın xarab oldu - sürücü məhsulu pulsuz payladı

Türkiyədə kartof yüklü maşın xarab oldu - sürücü məhsulu pulsuz payladı
14:35

Siirtdə, Baykan–Bitlis avtomobil yolunda kartof yüklü pikap nasazlıq səbəbindən yolun kənarında dayanıb.

News365.az xəbər verir ki, dövlət nömrə nişanı məlum olmayan nəqliyyat vasitəsinin sürücüsü avtomobilin təmiri üçün gözləyərkən kasasındakı kartofları ətrafda olan vətəndaşlara pulsuz paylamağa qərar verib.

Sürücünün icazəsi ilə sakinlər kartofları torbalara yığıb evlərinə aparıblar, bəziləri isə maşınlarının baqajına yükləyiblər. Hadisə şahidlərindən bəziləri həmin anları mobil telefonla lentə alıblar.

Sürücünün bu jesti yoldan keçənlər tərəfindən böyük rəğbətlə qarşılanıb və sosial şəbəkələrdə maraqla müzakirə olunub. Hadisə bir daha göstərib ki, bəzən kiçik bir nasazlıq belə insanlarda həmrəylik və paylaşma hissini gücləndirə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada