"Ermənistan və Türkiyə sərhədinin yaxın zamanda açılması gözlənilir"- Paşinyan

"Ermənistan və Türkiyə sərhədinin yaxın zamanda açılması gözlənilir"- Paşinyan
13:15

Ermənistanın baş naziri Nikol Paşinyan sərhədin yaxın zamanda açılacağına ümid etdiyini açıqlayıb.

News365.az-ın məlumatına görə, Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” konfransında Ermənistan və Türkiyə arasında dialoqun müsbət perspektivlərini qiymətləndirib.

O bildirib ki, ölkə sərhəd infrastrukturu və yollar baxımından yük maşınlarının tranziti üçün tam texniki hazırlığa malikdir.

Baş nazir həmçinin yaxın gələcəkdə dəmir yolu tranziti, boru kəmərləri və elektrik xətlərinin çəkilməsi planlaşdırıldığını diqqətə çatdırıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada