"Quru sərhədinin açılması ilə bağlı iki tərəfli sistem hələ təmin olunmayıb"- Azər Allahverənov

"Quru sərhədinin açılması ilə bağlı iki tərəfli sistem hələ təmin olunmayıb"- Azər Allahverənov
14:01

"Quru sərhədinin açılması ilə bağlı iki tərəfli sistem hələ təmin olunmayıb".

Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında quru sərhədinin açılması məsələsi uzun müddətdir müzakirə olunur və hazırda bu proses davam edir. O qeyd edib ki, zaman-zaman Gürcüstan rəsmlərinin Azərbaycana səfəri, Azərbaycan baş nazirinin Gürcüstana səfəri və Kobaxitze ilə gedən görüşlərdə bəzi mövzular müzakirə olundu.  Bu mövzular arasında quru sərhədlərin açılması  fikirləri də formalaşdı. Gürcü mənbələrində də buna dair müsbət  fikirlər yer aldı. O dönəmdə də Azərbaycan tərəfi bu məsələdə bir qədər soyuqqanlı davranırdı. 

Bu məsələ (sərhədlərin açılması və gediş-gəliş qaydaları) birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılıdır. Hazırda quru sərhədlər birtərəfli şəkildə açıqdır.

Məsələn, Gürcüstan vətəndaşları quru yolla öz ölkələrinə qayıda bilirlər. Eyni qaydada, Azərbaycan vətəndaşları da Gürcüstandan Qazax rayonundakı Qırmızı Körpü sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana daxil ola bilirlər.

Əvvəldən razılaşdırılmış hallarda, müəyyən şəxslərə elektron icazə verilir və bu icazə əsasında onlar keçid edə bilirlər. Yəni, bu proses bir tərəfli şəkildə həyata keçirilir. Amma iki tərəfli, yəni sərbəst keçid və dəmir yolu ilə daşımaların bərpası hələlik mümkün deyil, çünki həmin istiqamət hazırda bağlı vəziyyətdədir.

Milli Məclisin deputatı bildirib ki, hazırda Azərbaycan sərhədindən keçid müəyyən prosedurlar əsasında həyata keçirilir.

Hazırda sərhədin bir tərəfli qaydada açılması təmin olunur, lakin iki tərəfli və rahat keçid, həmçinin dəmir yolu üzərindən sərnişin daşımaların tam təmin olunması hələlik mümkün deyil.



Sizin reklam burada
Sizin reklam burada