Estoniya Azərbaycanda səfirlik açacaq.
News365.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə brifinqdə bildirib.
Nazir qeyd edib ki, yaxın zamanda Estoniya Bakıda səfirlik açmağı planlaşdırır.