ABŞ-da təyyarə rabitə problemi səbəbindən təcili eniş etdi

ABŞ-da təyyarə rabitə problemi səbəbindən təcili eniş etdi
12:48

Los-Ancelesə uçan sərnişin təyyarəsi pilotlar ilə kabin heyəti arasında rabitə sistemində yaranan nasazlıq səbəbindən təcili eniş edib.

News365.az xəbər verir ki, uçuş yerli vaxtla 19:45-də Nebraska ştatındakı Eppley hava limanında təhlükəsiz şəkildə başa çatıb.

"SkyWest" şirkətindən bildirilib ki, enişdən sonra rabitə sistemində problem aşkar olunub və kabin heyəti pilot kabinəsinin qapısını döyüb. "American Airlines" isə açıqlayıb ki, rabitə sistemi təsadüfən açıq qalıb və pilotlar kabinədən gələn səsləri təhlükə kimi qiymətləndiriblər.

Hadisə nəticəsində sərnişinlərə heç bir fiziki zərər dəyməyib və uçuş sonrakı planlarına uyğun davam etdirilib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada