Baba Vəziroğlunun qızı Günay Məsimova mediada qarışdırılmağa etiraz etdi

Baba Vəziroğlunun qızı Günay Məsimova mediada qarışdırılmağa etiraz etdi
15:52

Tanınmış şair Baba Vəziroğlunun qızı Günay Məsimova mətbuata etiraz edib.

News365.az xəbər verir ki, buna səbəb bəzi saytların Baba Vəziroğlunun qızı ilə AME prezidenti İsa Həbibbəylinin qızını səhv salmasıdır. Belə ki, bir çox saytlar İsa Həbibbəylinin qızının 1 milyon avro nağd pulu və qiymətli əşyalarının oğurlanmasına dair xəbəri Baba Vəziroğlunun qızının şəkli ilə yayıblar. Məsələ burasındadır ki, həm İsa Həbibbəylinin, həm də Baba Vəziroğlunun qızının ad-soyadı eynidir - Günay Məsimova. Nəticədə bəzi saytlar sözügedən xəbərə şəkil yerləşdirərkən Baba Vəziroğlunun qızının sosial şəbəkədəki şəklindən istifadə edib

Buna etiraz edən Baba Vəziroğlunun qızı Günay Məsimova sosial şəbəkədə yazıb:

“Mən Günay Məsimova. Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan.  Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam. Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib.
Xaricdə və ölkə daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə London səfərlərim iş xarakteri daşıyır.
Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda, mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur.
Media işçilərinə məsıəhət – şəkilləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. Gunay Masimova yazıb axtarış verərkən mənim adım çıxırsa, bu, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil.
Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur, şeirlə, sənətlə, düzgün iş və əməllə”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin Almaniyada yaşayan qızı Günay Məsimovanın bank seyfindən 1 milyon avrodan artıq nəğd pulu və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi barədə xəbər yayılıb.


Sizin reklam burada
Sizin reklam burada