Kamran Əliyev Braziliyaya getdi

Kamran Əliyev Braziliyaya getdi
11:28

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya səfər edib.

News365.az xəbər verir ki, Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı-COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” mövzusunda plenar iclas keçiriləcək.

Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.

Xatırladaq ki, Bakı şəhərində keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycanın Baş Prokurorluğunun təşəbbüsü ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiya təşkil olunmuşdu.

COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.


Sizin reklam burada
Sizin reklam burada