“Nə qədər ki, Vaşinqton məntiqsiz tələblər irəli sürür, İran ABŞ ilə danışıqlara qayıtmayacaq”.
News365.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi danışıb.
“ABŞ ilə danışıqlar bu ölkənin ifrat dərəcədə olan tələbləri səbəbindən dayandırıldı və irəli getmədi”, - iranlı nazir qeyd edib.
Qeyd edək ki, bu günə qədər Tehran və Vaşinqtonun iştirakı ilə 5 raunddan ibarət nüvə danışıqları baş tutub. Danışıqlar iyun ayında İsrail və İran arasında 12 gün davam edən münaqişənin başlamasından sonra dayandırılıb. ABŞ sözügedən münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.