Putin üçün alternativ uçuş marşrutları təhlükəli ola bilər
Millət vəkili Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, əvvəlcə sülh və atəşkəs ehtimalı çox az – 1-2 faiz hesab olunurdu. Lakin hazırkı şəraitdə bu ehtimalın 30-40 faizədək yüksələ biləcəyi qeyd olunur.
Musabəyov Putinin Budapeştə səfəri zamanı qarşılaşa biləcəyi maneələrdən danışıb. Onun sözlərinə görə, Polşa və digər ölkələrin hava məkanlarından istifadə ilə bağlı xəbərdarlıqlar və Putinin həbsi məsələsi gündəmdədir.
Millət vəkili əlavə edib ki, Putinin alternativ uçuş marşrutları Bolqarıstan və Türkiyə üzərindən nəzərdən keçirilir, lakin bu marşrutlar uçuşu iki dəfə böldüyü üçün təhlükəli hesab olunur. Musabəyov deyib ki, bu səbəbdən uçuş ciddi risklər daşıyır və təhlükəsizlik baxımından çətinliklər yarada bilər.