Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu
14:40

Ukrayna İranın Rusiyanın Ukraynaya qarşı təcavüzünə hərbi dəstəyi ilə əlaqədar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara rəsmi olaraq qoşulub.

News365.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın adından bəyanat yayılıb. 

Sanksiyalar İranın Rusiyaya, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionundakı silahlı qruplaşmalara hərbi dəstəyi ilə əlaqəlidir.

Ukrayna ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya və Norveç də Aİ-nin qərarına qoşulub.


Sizin reklam burada
Sizin reklam burada