Pakistanda azərbaycanlı qadına zorakılıq: Dövlət Komitəsindən AÇIQLAMA

Pakistanda azərbaycanlı qadına zorakılıq: Dövlət Komitəsindən AÇIQLAMA
13:28

Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar Dövlət Komitəsini ciddi narahat edib.

Dövlət Komitəsindən News365.az-a bildirilib ki, qadınlara qarşı zorakılığın bütün formaları qətiyyətlə pislənilir.

“Məsələ ilə bağlı Dövlət Komitəsi olaraq, Azərbaycanın Pakistandakı Səfirliyi ilə əlaqədəyik. Aldığımız məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı da davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır”, - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir.

“Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək”, - Dövlət Komitəsindən vurğulanıb.

Komitə media və sosial şəbəkə istifadəçilərinə də çağırış edib. Bildirilib ki, bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət edilməli, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinilməlidir. 


Sizin reklam burada
Sizin reklam burada