Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verdi

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verdi
30 Sen 2026 23:45

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

News365.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada