Məşhur “Eşref Tek” serialı ilə bağlı gözlənilən xəbər açıqlanıb. Serialın yeni mövsümünün Amazon Prime Video platformasında yayımlanacağı bildirilir.
News365.az xəbər verir ki, yeni mövsümlə bağlı detallar hələ tam açıqlanmasa da, layihənin yenidən ekranlara qayıtması serialın izləyiciləri arasında böyük maraq doğurub.
Serialın aktyor heyəti, yeni mövsümün yayım tarixi və süjet xətti ilə bağlı rəsmi məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.