Yeni fasiləsiz 1 saat uça bilən PUA-mız

Yeni fasiləsiz 1 saat uça bilən PUA-mız
18:20

“ŞAHİN-E” çoxfunksiyalı pilotsuz uçuş aparatı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.

News365.az APA-ya istinadla xəbər verir ki, çəkisi 17 kiloqram olan “ŞAHİN-E” 10 kiloqramadək yük götürmə qabiliyyətinə malikdir.

PUA saatda 75-90 kilometr sürətlə hərəkət edə bilir və 3 min metr məsafədən hədəflərin koordinatlarını təyin etmək imkanına malikdir.

Yüklü halda 1 saatadək fasiləsiz uçuş həyata keçirə bilən PUA 1 500 metrədək hündürlüyə qalxa bilir.

Həmçinin pilotsuz uçuş aparatı elektron mübarizə vasitələrinə qarşı xüsusi alqoritmlə təchiz olunub.


Sizin reklam burada
Sizin reklam burada