Şamaxıda ağır qəza olub: Ölən var

Şamaxıda ağır qəza olub: Ölən var
30 Sen 2026 22:59

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

Rayon sakini A.Bəkirova idarə etdiyi KIA markalı avtomobillə 56 yaşlı piyada Elmira Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada