Ucardakı qəzada ölən şəxslərin FOTOSU

Ucardakı qəzada ölən şəxslərin FOTOSU
12:15

Avqustun 16-na keçən gecə Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində  baş vermiş qəzada ölənlər Mingəçevir şəhər sakinləri olub.

Belə ki, “Ford Transit” markalı kiçiktutumlu yük maşınında hərəkət edən Elnur Mirzəyev və Aqil Əhmədov kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olublar. Onlar məhsulları Mingəçevirə apararkən avtomobil “Kamaz” markalı yük maşınına çırpılıb. Nəticədə, hər iki şəxs həlak olub.


 


Sizin reklam burada
Sizin reklam burada