Magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə əlaqədar 2 oktyabr 2026-cı il tarixində saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
News365.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
Bildirilib ki, işlərin aparıldığı müddətdə abonentlərin su təminatında müvəqqəti məhdudiyyət yaranacaq.
Yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istənilir.