Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı araşdırma aparılır.
News365.az" APA-ya istinadla xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları araşdırmaya cəlb olunub.
Xatırladaq ki, orta məktəbin ibtidai sinif müəllimi P. Məmmədova S.Əhmədova ilə dərs bölgüsü üstündə mübahisə edib. Sonuncu şəxs həmkarını döyərək ona xəsarət yetirib.