Bu 3 ayda doğulanları oktyabrda xoş dəyişikliklər gözləyir

Bu 3 ayda doğulanları oktyabrda xoş dəyişikliklər gözləyir
14:40

Astroloji və numeroloji yozumlara görə, oktyabr ayında fevral, iyul və avqust aylarında doğulan insanlar üçün yeni imkanlar, fəallıq və gözlənilməz dəyişikliklərlə dolu dövr başlaya bilər.

News365.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, bu şəxslər qarşıdakı həftələrdə həyatlarının müxtəlif sahələrində hərəkətlilik hiss edə bilərlər.

Qeyd edək ki, astrologiya və numerologiya elmi təsdiqi olmayan, ənənəvi inanclara və müxtəlif yozumlara əsaslanan praktikalar hesab olunur. Bu cür proqnozlar daha çox əyləncə xarakteri daşıyır və mühüm qərarlar üçün elmi əsas kimi qəbul edilməməlidir.

Fevralda doğulanlar

Fevral ayında doğulanların qarşıdakı dövrdə əməkdaşlığa və yeni ideyalara daha açıq olacağı bildirilir. Astroloji şərhlərə görə, onlar ətrafdakılarla daha səmimi ünsiyyət quraraq yeni tanışlıqlar əldə edə bilərlər.

Bu ünsiyyətlər gözlənilməz fikirlərin, yeni qərarların və həyatla bağlı fərqli baxışların yaranmasına səbəb ola bilər. Həmçinin yaxın həftələrdə onların həyatında mühüm dəyişikliklərə təkan verəcək bir insanın meydana çıxacağı iddia edilir.

İyulda doğulanlar

İyul ayında doğulanlar üçün əsas mövzunun özünüifadə və təşəbbüs olacağı qeyd edilir. Onların bacarıqlarını nümayiş etdirməkdən çəkinməməsi və əldə etdikləri uğurları kiçiltməməsi tövsiyə olunur.

Astroloji yozumlara əsasən, bu dövr yeni mərhələyə başlamaq, liderlik təşəbbüsü göstərmək və əvvəllər riskli görünən addımı atmaq üçün əlverişli ola bilər. Marsın Şir bürcündə hərəkətinin noyabrın sonunadək davam edəcəyi və iyulda doğulanları daha fəal olmağa sövq edəcəyi bildirilir.

Avqustda doğulanlar

Avqust ayında doğulanların isə son dövrdə yaşadıqları düşüncələrdən və emosional qapanmadan tədricən uzaqlaşacağı iddia edilir. Onlarda həyata marağın və hərəkət etmək istəyinin artacağı gözlənilir.

Bu şəxslər üçün yalnız plan qurmaq deyil, konkret addımlar atmaq və məqsədlərini reallaşdırmaq istiqamətində fəaliyyət göstərmək ön plana çıxacaq. Astroloji şərhlərdə yaradıcılıq həvəsinin, romantik əhvalın və mövcud imkanlara minnətdarlıq hissinin də güclənə biləcəyi vurğulanır.


Sizin reklam burada
Sizin reklam burada