Türkiyəli iş adamından Bayram Yusifovla bağlı şok ittiham

Türkiyəli iş adamından Bayram Yusifovla bağlı şok ittiham
12:48

Türkiyəli iş adamı, “Massimo Group MMC” şirkətinin rəhbəri Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovdan şikayətçi olduğunu bildirib.

News365.az-ın məlumatına görə, Necib Köse iddia edir ki, Bayram Yusifovun 25 milyonluq villasını mebellə təchiz etsələr də, ödəniş hələ də həyata keçirilməyib.

Məlumata əsasən, tərəflər arasında yaranan narazılıq maliyyə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır. Türkiyəli iş adamı bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini də qeyd edib.

Qarşı tərəfin məsələ ilə bağlı mövqeyi hələlik açıqlanmayıb.///Sitat.info


Sizin reklam burada
Sizin reklam burada