Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək.
Bu barədə News365.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 5-6 iyun tarixlərində keçirilən kompüter əsaslı monitorinqdə ümumilikdə 13 552 şagirdin iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.
Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edəcək.