Trampın prezidentliyinin ilk 100 günü ABŞ-da əksəriyyətin gözləntilərini doğrultdu

Trampın prezidentliyinin ilk 100 günü ABŞ-da əksəriyyətin gözləntilərini doğrultdu
09:19

Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi fəaliyyəti 10 amerikalıdan 7-nin gözlədiyi ilə üst-üstə düşür.

Bunu “Associated Press“ üçün NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib.

Respondentlərin 10-dan yalnız 3-ü Trampın hərəkətləri ilə gözləntilərinin doğrulanmadığını bildirib.Agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır.

Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır. 62% isə ABŞ-ın Tramp dövründə yanlış istiqamətdə getdiyinə inanır.

Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir.

Amerikalıların təxminən üçdə biri vitse-prezident J.D.Vens haqqında müsbət fikirdə olduqlarını bildiriblər.

Respondentlərin 10-dan dördü Səhiyyə və İnsan Xidmətləri Katibi Robert Kennedi haqqında müsbət fikirdədir.

Qeyd edək ki, sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.



Sizin reklam burada
Sizin reklam burada