ABŞ Prezidenti Donald Tramp "Ultimate Fighting Championship" (UFC) tədbirində iştirak edib.
Bu barədə "The Hill"ə istinadən xəbər verir.
Döyüşləri izləyən ABŞ lideri daha sonra oktaqona (döyüş rinqi - red.) çıxıb.
Oktaqonda prezidentə onun müşaviri İlon Mask, dövlət katibi Marko Rubio, Federal Təhqiqat Bürosunun direktoru Keş Patel, Milli Kəşfiyyatın direktoru Tulsi Qabard və digər məmurlar qoşulublar.
Qeyd edək ki, D.Tramp UFC-nin baş direktoru Dan Uaytla çoxdan dostluq edir.