Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO

Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO
10:19

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib.
Mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb.

Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.

Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq.

Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei  öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.










Sizin reklam burada
Sizin reklam burada