Almaniyada meşə yanğınları baş verib

Almaniyada meşə yanğınları baş verib
21:02

Almaniyanın bir sıra federal əyalətlərində yüksək temperatur və quraqlıq səbəbindən kütləvi meşə və bitki örtüyü yanğınları tüğyan edir.

News365.az yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində qeydə alınan tarixi yanğın sahəsində açıq alov söndürülüb, Qey rayonundan təxliyə olunmuş 1800 sakin evlərinə qayıdıb. Belçika ilə həmsərhəd Monşau şəhəri yaxınlığında isə 3 min hektara çatan yanğının Almaniyaya keçmə riski azalsa da, sıx tüstü səbəbindən 5 min nəfərlik əhaliyə xəbərdarlıq edilib.

Bavariyanın Valdaşaff ərazisində yanğınla əlaqədar 80 sakin təxliyə edilib, yanğın nəzarətə götürüldükdən sonra onlar geri qayıdıblar. Reynland-Pfalts əyalətində Lanqşayd bölgəsində yanğının söndürülməsi işləri zamanı 22 xilasedici xəsarət alıb.

Analoji yanğın ocaqları Saarland, Saksoniya, Türingiya və Baden-Vürtemberq əyalətlərində də qeydə alınıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində əksər bölgələrdə alovun yayılmasının qarşısı alınıb.


Sizin reklam burada
Sizin reklam burada