FHN əməkdaşları sürücünü belə xilas etdi - VİDEO

FHN əməkdaşları sürücünü belə xilas etdi - VİDEO
11:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə News365.az-a FHN-dən məlumat verilib.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Tağıyev Aqil Müzəffər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada