"Mükəmməl tətil planı stress yaradır" - Psixoloqlardan xəbərdarlıq

"Mükəmməl tətil planı stress yaradır" - Psixoloqlardan xəbərdarlıq
10:20

Müasir həyatın gərgin ritmində hamımız dincəlmək üçün məzuniyyət günlərini səbirsizliklə gözləyirik. Lakin tətilə çıxmaq hələ tam istirahət etmək demək deyil — çox vaxt fiziki olaraq dincəlsək də, beynimiz iş rejmindən çıxa bilmir. Mütəxəssislər bildirir ki, həqiqi bərpa üçün fəaliyyət sıxlığını artırmaq deyil, psixoloji yanaşmanı dəyişmək lazımdır.

Tədqiqatlar göstərir ki, tətilin keyfiyyətini yüksəltmək və orqanizmi tam bərpa etmək üçün dörd əsas şərtə riayət etmək vacibdir:

Fiziki olaraq çimərlikdə və ya təbiətdə olmaq kifayət etmir. Zihniniz hələ də iş tapşırıqları ilə məşğuldursa, istirahətin bərpaedici effekti sıfıra enir. Drezden Texniki Universitetinin 13 fərqli araşdırma əsasında apardığı təhlillər təsdiqləyir ki, gündəlik öhdəliklərdən psixoloji olaraq uzaqlaşmaq tətilin faydasını dəfələrlə artırır. Məzuniyyətdə ikən iş e-poçtlarını və bildirişləri söndürmək bu baxımdan həyati əhəmiyyət daşıyır.

Hər tətil mütləq tamamilə yeni yerlər kəşf etmək məcburiyyəti demək deyil. Psixologiyada “məkana bağlılıq” adlanan fenomen göstərir ki, müsbət xatirələrimizin olduğu, özümüzü güvəndə hiss etdiyimiz yerlərə qayıtmaq sinir sisteminə sakitləşdirici təsir göstərir. Yeni bir yerə gedirsinizsə bile, sizdə tanıdlıq və dinclik hiss etdirən mühitləri seçməyə üstünlük verin.

Möhtəşəm bir təbiət mənzərəsi, incəsənət əsəri və ya sadəcə açıq havada keçirilən sakit anlar insanı gündəlik qayğılardan dərhal ayırır. Psixoloq Etan Krossun qeyd etdiyi kimi, heyranlıq hissi insanın diqqətini öz kiçik problemlərindən ayıraraq daha geniş perspektivdən baxmasına kömək edir. Bunun üçün mütləq baha başa gələn macəralara ehtiyac yoxdur — sadə, lakin ruhu oxşayan anlar kifayətdir.

Mükəmməl bir tətil proqramı hazırlamaq cəhdi əksinə, əlavə gərginlik və stress yaradır. Hər saatı əvvəlcədən planlaşdırılmış sıx qrafik spontan inkişaf edən xoş imkanların qaçırılmasına səbəb olur. Araşdırmalar göstərir ki, ən yaxşı variantı tapmağa həddindən artıq fokuslanan insanlar tətildən daha az zövq alırlar. Gününüzdə mütləq heç nə etməyəcəyiniz boş vaxt dilimləri saxlayın.


Sizin reklam burada
Sizin reklam burada