Samuxda yol qəzası - Ata və oğlu xəsarət aldı

Samuxda yol qəzası - Ata və oğlu xəsarət aldı
16 Avq 2026 23:40

Samuxda yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

İlkin məkumata görə, sürücü qarşısına çıxan maneədən qorunmaq məqsədilə idarəetməni itirib və VAZ 2107 markalı avtomobil qəza törədib.

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb./Qafqazinfo



Sizin reklam burada
Sizin reklam burada