Yüksək vəzifəli şəxslər Milli Qəhrəmanın qızının toyunda - VİDEO

Yüksək vəzifəli şəxslər Milli Qəhrəmanın qızının toyunda  - VİDEO
12:07

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızının toy mərasimi keçirilib.

News365.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, yüksək vəzifəli şəxslər, millət vəkilləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar Milli Qəhrəmanın ailəsini bu əlamətdar gündə tək buraxmayaraq, gənc ailəyə xoş arzularını çatdırıblar.

Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.

Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.



Sizin reklam burada
Sizin reklam burada