Evinizdə bu cür kartof var? — Həkimlərdən ciddi XƏBƏRDARLIQ

Evinizdə bu cür kartof var? — Həkimlərdən ciddi XƏBƏRDARLIQ
10:10

Mətbəxlərimizin imtaz olunmaz tərəvəzi sayılan kartof bəzən düşündüyümüz qədər zərərsiz olmaya bilər. Qabığı yaşılımtıl çalar alan, üzərində cücərtilər əmələ gələn və ya ilkin təravətini itirərək büzüşən kartoflar faktiki olaraq gizli zəhər mənbəyinə çevrilir. Bişirildikdə belə təhlükəsi aradan qalxmayan bu cür tərəvəzlərdən istifadə sağlamlıq üçün ciddi fəsadlar vəd edir.

News365.az -ın məlumatına görə, mütəxəssislər bildirir ki, bu dəyişikliklərin əsas səbəbi kartofda toplanan toksik maddə — solanindir. Qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə, günəş işığına və ya uzunmüddətli saxlama şəraitinə məruz qalan kartofda bu zəhərli alkaloidin miqdarı kəskin həddə çatır.

Solanin zəhərlənməsinin əsas əlamətləri:

  • İlkin simptomlar: Ağızda xoşagəlməz acılıq, boğazda göynəmə hissiyyatı və həzm sistemində narahatlıq.

  • Mədə-bağırsaq fəsadları: Şiddətli ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin sancılar və diareya.

  • Sinir və ürək-damar sistemi: Zəhərlənmə dərinləşdikdə güclü başgicəllənmə, halsızlıq və ürək ritminin pozulması (aritmiya).

Bişirmək təhlükəni neytrallaşdırmır

Ən böyük yanlışlıqlardan biri də zədələnmiş kartofu qaynatdıqda və ya qızartdıqda zəhərin yox olacağına inanmaqdır. Həkim xüsusi olaraq vurğulayır ki, solanin yüksək temperaturadavamlı maddədir. Yəni kartofu sobada bişirmək, suda qaynatmaq və ya yağda qızartmaq onun toksik tərkibini parçalamır.

Mütəxəssislər qida təhlükəsizliyini qorumaq üçün göyərmiş, yumşalmış və cücərmiş kartofları hissəvi kəsib istifadə etməyi deyil, bütövlüklə tullamağı məsləhət görürlər. Sağlamlığınızı riske atmamaq üçün kartofu qaranlıq, sərin və quru yerdə saxlamaq mütləqdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada