Sutkada nə qədər dondurma qəbul etmək olar? - AÇIQLAMA

Sutkada nə qədər dondurma qəbul etmək olar? - AÇIQLAMA
21 İyn 2024 14:42

Xəbər verdiyimiz kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.

Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Son zamanlar dondurmaların keyfiyyətsizliyi ilə yanaşı, onun digər ziyanları ilə də söhbətlər çoxalıb.

Məsələ ilə bağlı fikirlərini News365.az–la bölüşən pediatr Vaqif Qarayev bildirib ki, gün ərzində 150 qramdan artıq dondurma qəbul etmək bütün hallarda arzuolunmazdır:

“Ən əsası dondurma xüsusi qaydada qəbul edilməlidir. Yaxşı olardı ki, dondurmanı uşaqlara ev temperaturunda verin. Böyüklərinsə isti günəş şüaları altında dondurma qəbul etməsi doğru deyil. Çünki, bu qaydalara əməl edilməyəndə dondurmanın ciddi fəsadları olur. Bəzən bu fikrə qarşı çıxanlar da olur. Bəziləri iddia edir ki,” mən elə buzlu-buzlu verirəm uşağım da top kimidir...” Amma sonradan ortaya çıxacaq fəsadlardan heç kim danışmır”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər