Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik
enerjisinin verilişi dayandırılacaq.
Bu barədə News365.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, paytaxtın Nəsimi rayonunda elektrik şəbəkəsində
həyata keçirilən təmir işləri ilə əlaqədar sentyabrın 28-də elektrik xətləri
sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək Azadlıq
prospekti, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Xan Şuşinski, Möhsün Sənani,
Həsən Əliyev, Ceyhun Hacıbəyli, İmran Qasımov küçələrində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik
enerjisi ilə tam təmin olunacaq.