Serhat Akına hücum edənlərin ikisi saxlanıldı

Serhat Akına hücum edənlərin ikisi saxlanıldı
28 Sen 2024 17:52

Türkiyədə keçmiş futbolçu Serhat Akının güllələnməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.


News365.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Yerlikaya Serhat Akına hücum edənlərin şəxsiyyətlərinin müəyyən edildiyini və 4 nəfər şübhəlidən ikisinin saxlanıldığını bildirib.


"Beykoz rayonunun Kavacık məhəlləsində futbol şərhçisi Serhat Akının yaralanması ilə bağlı İstanbul Polis İdarəsinin apardığı araşdırmalar nəticəsində hücumu həyata keçirən və motosikletlə qaçan şəxslərin hadisə yerində başqa bir avtomobillə birlikdə hərəkət etdiyi müəyyən olunub. Şübhəlilərin saxlanılması üçün axtarış tədbirləri başlayıb. Həmçinin hadisədə dörd nəfərin əli olduğu məlum olub. Onlardan ikisi saxlanılıb.


Motosikleti idarə edən və silahdan atəş açan şəxslərin tutulması istiqamətində işlər davam etdirilir.


Mövzu ilə bağlı ciddi şəkildə istintaq prosesləri aparılır", - deyə daxili işlər naziri qeyd edib.

 


Youtube kanalımız

Oxşar xəbərlər