"Azərbaycanın uğuru onları narahat edir" - POLİTOLOQDAN AÇIQLAMA

"Azərbaycanın uğuru onları narahat edir" - POLİTOLOQDAN AÇIQLAMA
19 Sen 2024 12:43

“Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi və ötən il Xankəndidə antiterror əməliyyatlar keçirərək seperatçılığın kökünü qazıması bir çox bəlli güc dairələrini ciddi formada narahat edir. Haqqında danışılan həmin güc dairələri Azərbaycan əleyhinə informasiya hücumlarının sayını daha da çoxaldıblar.”

Bu sözləri News365.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O, açıqlamasında bildirib ki, yalan və uydurma xəbərlərin qısa müddətdə siyasi platformalara daşınması ədalətsizliyin göstəricisidir.


“Qlobal erməni şəbəkəsinin əlində oyuncağa çevrilmiş bu adamlar, istər Zəngəzur dəhlizi, istərsə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı heç bir həqiqətə və fakta əsaslanmayan, yalan, uydurma böhtanları yaymaqdan utanmır. Bu tip şəxslərin siyasətdə təmsil olunması, Fransa və Niderland kimi ölkələrin qanunverici orqanlarından güya Azərbaycanın Qarabağda yaşayan erməniləri zor vasitəsilə çıxarması ilə bağlı uydurma məlumatları siyasi platformalara daşıması ədalətsizliyin ən böyük göstəricilərindəndir.”

Müsahibimizin sözlərinə görə Qərbin atdığı bu addımlar Azərbaycanın beynəlxalq siyasətdə əldə etdiyi uğurun həzm edilməməsindən irəli gəlir.

“30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktoruna, həmçinin sayısız soydaşımızın ermənistanın müxtəlif çaplı dövlət terroruna məruz qalması reallığına səs çıxara bilməyən bir sıra Qərb imperialist siyasətçiləri, senatorlar və konqresmenləri bu gün Azərbaycana erməni məsələsi üzərindən yalan məlumatlar ilə ittiham etməyə çalışırlar.

Bütün bu addımlar ölkəmizin güclənən nüfuzu, həmçinin COP9 kimi vacib bir tədbirin Azərbaycanda keçirilməsini həzm etməmənin nəticəsində doğur.”


Youtube kanalımız

Oxşar xəbərlər