COP29-un
müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri
Selvin Hartla COP29 üzrə ortaq məqsədləri müzakirə edib.
News365.az xəbər verir
ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.
“COP29-un
müəyyən edilmiş prezidenti Muxtar Babayev 50 gündən az müddətdə Bakıda
keçiriləcək konfransadək COP29 üzrə ortaq məqsədləri və ortaq səyləri müzakirə
etmək üçün BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi
müşaviri Selvin Hartla görüşüb”, – paylaşımda qeyd olunub.