Şuşada keçirilən
şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub.
"Report"un
Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, 8 qrossmeysterin mübarizə
apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra
müəyyənləşib.
14 turun
nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla turniri qalib kimi başa
vurub.
Özbəkistanlı
Nodirbek Abdusattorov 18 xalla ikinci yerdə qərarlaşıb .
16 xal toplayan
Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki,
Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits
oynanılıb.
Xatirə turnirində
Azərbaycanın üç şahmatçısı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın
Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi
(FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind
Çitambaram (Hindistan) iştirak ediblər.