İran beş günlük matəm elan edib - SƏBƏB

İran beş günlük matəm elan edib - SƏBƏB
28 Sen 2024 20:32

İran İsrailin hücumu nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.

News365.az İran mediasına istinadən xəbər verir ki, matəm elan olunması ilə bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.


Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

 


Youtube kanalımız

Oxşar xəbərlər