Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın
ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib.
Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı
oğlanlar atalarına verilməlidirlər.
Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və
bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə
verilirdilər.
"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə
deputat vurğulayıb.
Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment
ödəməmə probleminin həllinə kömək edəcək. /Referans