Millinin qapıçısına cəza

Millinin qapıçısına cəza
28 Sen 2024 22:40

Argentina millisinin qapıçısı Emiliano Martines cəzalandırılıb.

News365.az İdman.biz-ə xəbər verir ki, bu barədə qərarı FİFA verib.

Qolkiper iki oyunluq diskvalifikasiya edilib. 32 yaşlı əlcək sahibi DÇ-2026-nın bu ay keçirilən Çili (3:0) və Kolumbiya (1:2) ilə matçlarındakı hərəkətlərinə görə cəza alıb. O, ilk matçda qeyri-etik jest edib, ikinci görüşdə televiziya kamerasına zərbə endirib.

Qeyd edək ki, Emiliano oktyabrda Venesuela və Boliviyaya qarşı seçmə oyunları buraxacaq.



Youtube kanalımız

Oxşar xəbərlər