Öldürülən “Hizbullah” lideri Nəsrullah KİMDİR...

Öldürülən “Hizbullah” lideri Nəsrullah KİMDİR...
28 Sen 2024 17:43

İsrailin Livanın paytaxtı Beyrutda həyata keçirdiyi hava hücumları nəticəsində “Hizbullah” Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah öldfürülüb.

Nəsrullah kimdir?

News365.az-ın məlumatına görə, Həsən Nəsrullah 31 avqust 1960-cı ildə Livan paytaxtı Beyrutun şimal-şərqindəki Burc Hamud bölgəsində anadan olub.

1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda 15 yaşı olan Nəsrullah ailəsi ilə birlikdə doğulduğu Sur şəhərinin əl-Bəzuriyə kəndinə qayıdıb və oradakı şiə “Əməl” Hərəkatına qoşulub.

İraq və İranın şiə mərkəzlərində “havza” adlanan məktəblərdə dini təhsil alan Nəsrullah daha sonra Livana qayıdıb və “Əmə”l Hərəkatının lideri Abbas Musəvinin yaratdığı məktəbdə təhsil alıb.

O, 1982-ci ildə İsrailin Livana hücumundan sonra “Hizbullah” təşkilatına qoşulub. Abbas Musəvi 1992-ci ildə İsrail qüvvələri tərəfindən öldürüldükdən sonra Həsən Nəsrullah həmin il fevralın 12-də “Hizbullah”ın baş katibi seçilib.

İsrail-Livan müharibəsi zamanı, 2006-cı il iyulun 14-də Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofisi İsrailin atdığı bombalar nəticəsində dağıdılıb. Lakin Nəsrullah sağ-salamat qaça bilib.

Daha sonra İsrailə qarşı mübarizədə populyarlıq qazanıb


Lakin 2011-ci ildə baş verən Suriya inqilabını yatırmaq üçün “Hizbullah” Suriya hökumətinin tərəfinə keçdikdə Nəsrullah populyarlığını itirib.

Nəsrullah Livanın cənubunda Fələstin müqavimətinə dəstək üçün İsrailə qarşı cəbhə açıldığını açıqlayıb və bir çox çıxışlarında Qəzzada müharibə bitənə qədər bu cəbhənin sakitləşməyəcəyini bildirib.

Bununla belə, Həsən Nəsrullah bu cəbhənin Fələstinə dəstək cəbhəsi olduğunu vurğulayaraq, İsrailə qarşı hərtərəfli müharibəyə girmək istəmədiklərinə eyham vurub.

Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullah 2024-cü il sentyabrın 27-də İsrailin aviazərbəsi nəticəsində öldürülüb.

 


Youtube kanalımız

Oxşar xəbərlər