"İlham Əliyevin çıxışı bizim üçün yol xəritəsidir" - ŞƏRH

"İlham  Əliyevin çıxışı bizim üçün yol xəritəsidir" - ŞƏRH
24 Sen 2024 15:33

“Azərbaycan müstəqillik tarixində bir sıra uğurlara imza atıb. Yeniliklərin olması hər ötən gün üçün xarakterikdir. Dünya ölkələrinin ümumi inkişafına adekvat reaksiya verməli, uyğun addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycan öz yolu ilə inamla və əzmlə addımlamaqdadır. Məqsəd insanlarımızın xoş gələcəyini təmin etmək, o cümlədən ölkəmizin təhlükəsizliyini təmin etməkdir. Təhlükəsizlik deyəndə təkcə hərbi sahənin inkişaf etdirilməsi, xarici müdaxilələrin dəf edilməsi nəzərdə tutulmur, bütün istiqamətlər üzrə görülən işlər yüksək səviyyədə həyata keçirilməlidir”.

Bunu News365.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.



A.Hüseynov bildirib ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev suverenliyini bərpa etmiş ölkəmizin qarşısında mühüm vəzifələrin durduğunu bəyan edib:

“Prezidentimizin çıxışı hər birimiz üçün bir yol xəritəsi, gələcəkdə görüləcək işlərin planı idi. İlham Əliyevin rəhbərliyi altında ölkəmiz beynəlxalq və regional təzyiqlərə baxmayaraq demokratik inkişaf yolunu hədəf seçib. Dövlətimizin başçısı müstəqil Azərbaycanın qəhrəman və qalib xalqı ilə bu illər ərzində çoxsaylı təzyiqlərə sinə gərib, müxtəlif platformalarda gedən mübarizədən qalib çıxıb, böyük güclərlə döyüşüb, ölkəmiz işğala məruz qalsa da təmkin və siyasi dözüm nümayiş etdirib, xalqın maraqlarından çıxış edərək haqq işini bütün dünyaya bəyan edib. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən dövlətçiliyin möhkəmləndirilməsi, milli və ideoloji təhlükəsizliyin təmin edilməsi, milli iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri prioritet elan edib və Azərbaycanın beynəlxalq imicini formalaşdıra bilib. Ən əsası xalq-iqtidar-ordu birliyinə nail olan dövlət başçısı ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin edib”.


Youtube kanalımız

Oxşar xəbərlər