Suriyada toqquşmalar zamanı ölənlərin sayı 1500-ə çatıb

Suriyada toqquşmalar zamanı ölənlərin sayı 1500-ə çatıb
15 Mar 2025 16:04

Suriyanın qərbində gedən döyüşlərdə həlak olan mülki vətəndaşların sayı 1,5 min nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə Suriyanın “Sham FM” telekanalı məlumat yayıb.

Bildirilib ki, Suriyanın keçid hökuməti qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları arasında Latakiya, Tartus, Hama və Homs vilayətlərində gedən döyüşlər nəticəsində ən azı 1,5 min dinc sakin həlak olub. Təkcə Latakiya vilayətində 745 mülki şəxs toqquşmaların qurbanı olub.



Sizin reklam burada
Sizin reklam burada