Xəbər
verdiyimiz kimi ABŞ iranla razılaşıb. Və iyunun 19-da sazişin imzalanması gözlənilir.
Bəs bu
razılaşma qlobal bazara necə təsir edəcək?
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir kİ,ABŞ – İran razılaşması gözlənilən idi:
“Əgər İsrail
anlaşmanı pozmağa cəhd etməsə, bu həftə imzalar atılacaq, bu gün neft 83
dollara düşdü, qızılın unsiyası 4330 dollara qalxdı – anlaşma rəsmiləşəndə neft
75-80 dollara qədər ucuzlaşacaq, qızılın qiyməti isə 4500 dolları keçəcək.
Anlaşma qalıcı olandan sonra isə neft daha da ucuzlaşacaq, qızıl isə bir az da
bahalaşacaq.
ABŞ İran
neftinə investisiya və iqtisadi yollarla şərik olur-olacaq. İrana böyük investisiyalar
gəlsə (təqribən, 300 mlrd. dollar investisiya müqavilələri olacaq), ölkə daha
çox açılmağa məcbur olacaq, açıldıqca, daha çox dəyişəcək. Yəni, İranda
sistemin adı dəyişməsə də, mahiyyəti sürətlə dəyişir-dəyişəcək. Hörmüzdə
İran-Oman (oxu –ABŞ) birgə nəzarət mexanizmi yaranacaq.
Ən pis sülh,
ən yaxşı müharibədən karlıdır, hamı üçün, bir tək hər iki tərəfdə uydurulmuş
tarixi, dini mifləri istismar edərək hakimiyyətlərinin ömrünü uzatmaq istəyənlərədən
başqa...”
News365.az