Məşhur futbolçu həbs edilib

Məşhur futbolçu həbs edilib
21:40

spaniyanın "Elçe" futbol klubunun hücumçusu Rafa Mir cinsi zorakılıq və bədən xəsarəti yetirmə cinayətinə görə 8.5 il müddətinə həbs cəzasına məhkum edilib.

News365.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

28 yaşlı Mir cinsi zorakılığa görə 7 il, bədən xəsarəti yetirməyə görə isə 18 ay həbs cəzası alıb. Ona, həmçinin 10 il müddətinə zərərçəkən şəxsə 500 metrdən yaxın məsafədə yaxınlaşmaq qadağan edilib.

Bundan əlavə, Mir zərərçəkən şəxsə 64 min avro (təxminən 74 350 dollar) məbləğində təzminat ödəməlidir.



Sizin reklam burada
Sizin reklam burada