Azərbaycanın alternativ rok qrupu CALL IT iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
News365.az xəbər verir ki, tədbir Studio Meteor məkanında baş tutacaq və Jägermeister tərəfdaşlığı ilə təşkil olunacaq. Gecədə CALL IT ilə yanaşı, müxtəlif alternativ musiqi layihələri - "Venusian", "Unseen" də çıxış edəcək.
Tədbirin təşkilatçıları sırasında chain.agency, media tərəfdaşları arasında isə Tears In Club Radio yer alır.
CALL IT 2022-ci ildə Bakıda yaradılmış alternativ rok qrupudur. Qrupun üzvləri İlqar Səlimli və Cavid Həbiblidir. Son illərdə yerli alternativ musiqi səhnəsində diqqət çəkən layihələrdən biri kimi tanınan qrup, Tbilisidəki çıxışı ilə yaradıcılığını regional auditoriyaya təqdim edəcək.
Bu çıxış qrupun beynəlxalq səhnədə növbəti addımlarından biri kimi qiymətləndirilir.