Məhkəmə boşanmada bu faktorlara niyə diqqət eləmir?

Məhkəmə boşanmada bu faktorlara niyə diqqət eləmir?
09:58

Son illər boşanmaların sayı durmadan artır. Və buna görə heç bir tərəf məsuliyyət daşımır. Sadəcə “xasiyyətimiz tutmadı” deyib keçinirlər.

Lakin problemin pərdəarxası çox dəhşətlidir. Burada təhqir də var, təhdid də. Amma məhkəmə bunlara diqqət eləmir.

Bəs dünya praktikasında bu məsələyə baxış necədir?

Mövzu ilə bağlı danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, Türkiyənin Ali Məhkəməsi presedent  olacaq mühüm qərar qəbul edib:

“Əri haqda başqalarının yanında söylədiyi "Seni sevmiyorum, sevgim bitti", "Ben çocuk avutuyorum, biz çocuğa bakıyoruz" ifadələri aşağılama hesab edilmiş və arvad bunda suçlu bilinmişdir. Bunadək onları boşayan məhkəmə yalnız ərini təqsirkar bilmişdir (zor tətbiq etdiyinə görə). Ali Məhkəmə isə qadını da təqsirkar bilmişdir.

Bizdən fərqli olaraq, Türkiyədə boşanmada təqsirkar tərəf üçün mənfi nəticələr mövcuddur (maddi və mənəvi zərərin kompensasiyası, uşaqların aqibəti və s.). Bu baxımdan qərar doğrudan da böyük əhəmiyyətə malikdir. Fiziki zor kimi mənəvi zor da qəbul edilməzdir. Birincini adətən kişilər, ikincini isə qadınlar tətbiq edir. Təəssüf ki, bizim məhkəmələr də hələlik yalnız fiziki zoru tətbiq edəni (kişini) məsuliyyətə cəlb edir. Halbuki, əksər hallarda fiziki zor mənəvi aşağılamanın nəticəsi olur. "Səni sevmirəm", "Uşaq kimi sənə baxıram" kimi ifadələr bizim arvadların leksikonunun hələ ən yumşağıdır. Bundan betərləri var: "Sən də kişisən?", "Xalxın kişiləri pul qazanır!", "Nə vaxt adam olacaqsan?" və s. və i.a. Bizdə boşanmaların əksəriyyəti elə bu səbəblərdən baş verir...

Onu da deyim ki, arvadın ərinə qarşı bu cür rəftarında ilkin olaraq elə kişi günahkardır. Evliliyin ilk günündən zəiflik  göstərir, tikanlı sözləri xırdaçılıq sayır, get-gedə də belə ifadələrin kəskinliyi və tezliyi artır. İlk gündən kişi ailəsinin ağası olduğunu göstərməli və arvadı özünə tabe etməlidir. Romantik filmlərin təsiri altına düşmək lazım deyil. Hər yerdə olduğu kimi ailədə də bir başçı ola bilər...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada