"İsrail qüvvələri bu müdaxiləyə, Suriyada baş verən hadisələrə – məsələn, Əbdülmən Bəqir hadisəsinə – oxşar şəkildə reaksiya verib və ölkə daxilində qarşıdurmalar yaratmağa çalışır. Lakin bu dəfə danışıqlar prosesi daha zəif olacaq və druzlarla münasibətlərdə müəyyən dərəcədə silahsız, siyasi həll yolları mümkün ola bilər."
Politoloq Əlimusa İbrahimov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Təbii ki, İsrailin druzların arxasında dayanması, hətta müəyyən silahlı qruplar olsa belə, ya terrora məruz qalanlar, ya da Suriya dövlətinə qarşı fəaliyyət göstərənlər fonunda, Suriya ordusunun cavab tədbirləri qarşıdan gələcək.
Hesab edirəm ki, bu mərhələdə druzlar arasında müəyyən siyasi üstünlük əldə etmək istəyən qüvvələr arasında mübarizə gedir. Yəni İsrailin məqsədi yalnız druzları müdafiə etmək deyil, eyni zamanda bu icmadan istifadə edərək gələcəkdə Suriyada müəyyən siyasi təsir və üstünlük əldə etməkdir. Bu istiqamətdə addımlar artır, lakin Suriya buna nə dərəcədə imkan verəcək – bu, hələ sualdır.
Eyni zamanda, Suriyadakı vəziyyətin bu qədər qarışıq olmasında mühüm rol oynayan Türkiyənin bölgəyə enməsi və müdaxiləsi də gözlənilə bilər."