"Roşka"ya cəza istənildi

"Roşka"ya cəza istənildi
13:42

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News365.az məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Daha sobra prokuror dövlət ittihamının müdafiəsi zamanı Rövşən Süleymanzadənin 5 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Proses bir neçə saatlıq təxirə salınıb.

Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada